ABŞ rəsmisi Azərbaycanla bağlı bu suala cavab tapmadı

ABŞ rəsmisi Azərbaycanla bağlı bu suala cavab tapmadı

ABŞ Prezidenti Cozef Bayden administrasiyası ölkə tarixində ilk dəfə islamofobiya ilə mübarizə üçün milli strategiya hazırlayacağını açıqlayıb.
Aktual.az xəbər verir ki, Ağ Ev-in bir qədər əvvəl yaydığı açıqlamada qeyd olunur ki, hökümət islamofobiya və nifrətin bütün formalarına qarşı mübarizə aparacaq strategiya hazırlamaq üçün icma liderləri, vəkillər, Konqres üzvləri ilə birlikdə iş birliyindədir.
İslamofobiya ilə mübarizə üzrə ABŞ-ın ilk milli strategiyası son illər dünyada müsəlmanlara qarşı artan nifrət fonunda alqışlanan yenilik olsa da, bəzi şərhçilər Birləşmiş Ştatlarda artan islamofobik meyllərin ölkənin xarici siyasi qərarlarına təsir etməsi qənaətindədir.
Bu xüsusda ABŞ-ın Ermənistan və Azərbaycanda keçmiş münaqişənin təsirinə məruz qalmış şəxslərə humanitar yardımın göstərilməsi ilə bağlı ikili standartları misal kimi göstərilə bilər.
Report ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerə ölkənin islamofobiya ilə mübarizə üzrə hazırlanan ilk milli strategiyası ilə bağlı sual ünvanlayıb. Ermənistanla müqayisədə Azərbaycana qarşı humanitar yardımların göstərilməsində edilən ayrı-seçkiliyin islamofobiya əlaməti kimi qeyd olunmaqla Dövlət Departamentindən bunun izahı istənilib. Bundan başqa, qəbul ediləcək islamofobiya ilə mübarizə strategiyasının ABŞ-ın xarici siyasətinə təsir edib-etməyəcəyi də sorğulanıb.
Sözçü bildirib ki, Birləşmiş Ştatlar hər yerdə cəsarətlə müsəlmanlara qarşı nifrətə qarşı mübarizə aparır:
"Dinə və ya inanca əsaslanan bu nifrətlərlə üzləşmək geniş yayılıb. Eyni zamanda bunun insan hüquqlarından azad və bərabər şəkildə istifadə edilməsinin qarşısını alan digər siyasət və prioritetlərlə necə kəsişdiyini anlamalıyıq. Müsəlmanlara qarşı nifrət, ayrı-seçkilik və zorakılıq təkcə müsəlmanları incitmir. Çünki bu, çox vaxt müsəlmanlar, terrorizm, ksenofobiya, irqçilik arasındakı qavrayışlar və yanlış fərziyyələrlə sıx bağlıdır.
Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərə humanitar yardımın göstərilməsi ilə bağlı ikili standartlara gəlincə, sözçü qeyd edib ki, Birləşmiş Ştatlar qaçqınların məskunlaşdırılması da daxil olmaqla, beynəlxalq humanitar tədbirlərdə qlobal liderdir və bundan sonra da belə olacaq:
"Biz dünyanın ən həssas təbəqələrinə təhlükəsiz sığınacaq və humanitar yardım proqramlarına ayrı-seçkilik olmadan təhlükəsiz çıxış təqdim etməyə davam edəcəyik".
Göründüyü kimi, ünvanlanmış sual konkret məqamlara toxunulmadan mahiyyət üzrə cavablandırılmayıb. Eyni zamanda, ABŞ Dövlət Departamentinin sözçüsü qeyd edilən suallarla bağlı Ağ Ev-in mətbuat xidmətinə müraciət olunmasını xahiş edib. Yaxın zamanda müvafiq mövzuda Ağ Ev-in də yanaşmasının yayımlanması nəzərdə tutulub.
Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR