ABŞ rəsmisi Azərbaycana gəlir

ABŞ rəsmisi Azərbaycana gəlir

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycan və Ermənistana səfər edəcək.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
L.Bono ABŞ-ın sülh prosesinə yardımını və regionda dayanıqlı sülhə nail olmağın ən yaxşı yolunu müzakirə edəcək.
Xatırladaq ki, L.Bono sonuncu dəfə regionda may ayında olub. O, Bakıda və İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair görüşlər keçirib.
Xəbər 357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR