ABŞ raket bazası "eBay"da satışa çıxarıldı

ABŞ raket bazası

1960-cı ildə Karib böhranı vaxtı, Kuba ərazisindən hücuma qarşı tikilən ABŞ silahlı qüvvələrinə aid raket bazası "eBay"da satışa çıxarılıb.

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, bu barədə xəbəri gizmodo.com portalı yayıb.

"eBay"da lot barədə verilən məlumata əsasən baza müdafiə xəttinə aid olub və hazırki yerində ona görə tikilib ki, buradan hər yöndən ərazinin görünüşü yaxşı olub. Lakin bazada yeraltı bunker və raket şaxtları yoxdur. Yalnız zamanın təsiri altında damları zədə görmüş yerüstü tikililər var.

Baza hazırda "eBay" auditoriyası tərəfindən maraqla qarşılanmır. Hətta bunun nəticəsi olaraq bazanın ilkin qiyməti 595 min dollardan 468,5 min dollara qədər endirilib.

Aktual.az

Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR