ABŞ quru qoşunları Suriyaya girdi - Təcili

ABŞ quru qoşunları Suriyaya girdi  - Təcili
  • DÜNYA

ABŞ Müdafiə Nazirliyi xüsusi təyinatlı qüvvələrin ilk dəfə Suriyaya girdiyini açıqlayıb.

Aktual.az Axar.az-a istinadən xəbər verir ki, NBC Nyus kanalının məlumatına görə, Pentaqonun qərarı ilə ABŞ Mərkəz Qüvvələr Komandiri Lloyd Austinin başçılığı ilə qoşunlar hələlik aktiv döyüşlərə başlamayıb. Kürd ərazilərinə yerləşdirilən ABŞ qoşunu müvəqqəti olaraq kürd qüvvələrini koordinasiya edir.

Xatırladaq ki, İraq Kürd Regional Rəhbərliyinin (İKBY) sədri Məsud Bərzani dünən ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüşüb. PKK-nın Suriya qolu PYD həmsədri Saleh Müslim də eyni gün Məsud Bərzani və ABŞ heyəti ilə görüşmüşdü.

Görüşdən sonra İKBY-nin Xarici Əlaqələr nüməyəndəsi Həmin Haşrami Kürdüstan Rəhbərliyinin təlim keçdiyi peşmərgə qüvvələrinin Suriyanın şimalına geri dönərək PYD ilə birlikdə İŞİD-ə qarşı döyüşəcəyini açıqlamışdı.

Xəbər 1278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR