Çin Arktikada gücə çevrilmək istəyir, ona görə ABŞ Qrenlandiyaya nəzarət etməlidir.
Aktual.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mark Rubio deyib.
"Bəlkə də qısa müddətdə çinlilər Panama kanalında və başqa yerlərdə etdiklərini Qrenlandiyada həyata keçirməyə, öz şirkətlərinə Arktikaya çıxış imkanı verəcək obyektlər qurmağa çalışacaqlar. Bu, ABŞ-ın milli təhlükəsizliyi üçün tamamilə qəbuledilməzdir. Əgər bu ssenariyə icazə verilsə, o zaman münaqişə yaranacağı təqdirdə Çin öz hərbi gəmilərini Qrenlandiyaya göndərə və oradan fəaliyyət göstərə bilər”, - Rubio bildirib.
Xəbər 50 dəfə oxunub.