Ukraynanın cənub-şərqində silahlı münaqişə zamanı 1549 hərbçi həlak olub.
Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko yerli “1-ci kanal” telekanalında çıxış edərkən deyib.
“Ümumi itkilərimiz 1549 nəfərdir. Döyüş əməliyyatları zamanı 1 232 Silahlı Qüvvələrin əsgəri, 99 DİN əməkdaşı, 132 milli qvardiyaçı, 63 sərhədçi, 7 Təhlükəsizlik Xidməti əməkdaşı, 16 Fövqəladə Hallar Xidmətinin xilasedicisi həlak olub”, deyə P.Poroşenko bildirib.
Onun sözlərinə görə, Debaltsevo ətrafında gedən son döyüşlərdə 19 hərbçi həlak olub, 135-i yaralanıb.(APA)