Ebola virusuna yoluxmaqda şübhəli bilinən şəxs xəstəxanaya yerləşdirilib

Ebola virusuna yoluxmaqda şübhəli bilinən şəxs xəstəxanaya yerləşdirilib

ABŞ-da Ebola virusuna yoluxmaqda şübhəli bilinən daha bir şəxs xəstəxanaya yerləşdirilib.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, əvvəllər  Qərbi Afrikada işləyən kişi Nebraska ştatında xəstəxanaya yerləşdirilib.

 

Ölümcül virusun əlamətləri iki gün öncə özünü büruzə versə də, xəstəyə hələ dəqiq diaqnoz qoyulmayıb.

 

Xatırladaq ki, martın 13-də Syerra-Leonedə Ebola virusuna yoluxmuş könüllü Merilend ştatında hospitala çatdırılaraq izolyasiya olunub.

 

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına əsasən, “Ebola” virusundan ölənlərin sayı 10 mini ötüb.



Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR