ABŞ prezidentə “zəmanət” verir: İstefa ver, sağ qal!

ABŞ prezidentə “zəmanət” verir: İstefa ver, sağ qal!
  • DÜNYA

Venesuela Prezidenti Nikolas Maduro dərhal istefa verəcəyi təqdirdə ABŞ ölkəni tərk edərkən onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır.
Aktual.az xəbər verir ki, bu barədə "Miyami Herald” mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Maduro vəzifəsindən gedəcəyi təqdirdə ABŞ onun özünün, eləcə də həyat yoldaşı və oğlunun təhlükəsiz şəkildə ölkədən çıxmasına zəmanət verməyə hazırdır:
"Karakas isə siyasi nəzarəti müxalifət qüvvələrinə təhvil verməyi, lakin silahlı qüvvələrə komandanlığı mövcud rəhbərliyə həvalə etməyi təklif edib. Liderlərin telefon danışığı birbaşa qarşıdurmadan yayınmaq üçün son cəhd idi. Zəng Braziliya, Qətər və Türkiyənin vasitəçiliyi ilə təşkil edilmişdi”.
Qeyd edək ki, daha öncə Maduronun 18 ay müddətinə istefa verməyə razılşaması, ABŞ-ın isə istefanın dərhal elan edilməsini tələb etdiyi barədə məlumat yayılmışdı.
Xəbər 31 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR