ABŞ məxfiliyi qaldırdı: Yeltsinlə 30 il öncəki gizli söhbət...

ABŞ məxfiliyi qaldırdı: Yeltsinlə 30 il öncəki gizli söhbət...

ABŞ Milli Təhlükəsizlik Arxivi Moskva ilə Vaşinqton arasında NATO məsələsi ilə bağlı münasibətlərə aid məxfilikdən çıxarılan sənədlərin bir hissəsini dərc edib.
Aktual.az  xəbər verir ki, nəşr edilmiş sənədlərdən bəlli olur ki, ABŞ-ın o zamanki vitse-prezidenti Albert Qor 1994-cü ilin sonunda Rusiya Prezidenti Boris Yeltsinə NATO-nun genişlənməsinin tədricən və yalnız Moskva ilə məsləhətləşmələrdən sonra baş verəcəyinə söz verib.
"Klintonun sentyabrda sizə dediyi kimi, NATO nəhayət genişlənəcək, lakin bu proses tədricən və açıq olacaq”, – deyə, Qor ABŞ Dövlət katibinin o vaxtkı müavini Strob Talbotdan sitat gətirir.
"Biz sizinlə məsləhətləşəcəyik”, - Qor vurğulayıb.
Bundan əlavə, qeyd olunur ki, Qor Yeltsini əmin edib ki, proses ABŞ-Rusiya tərəfdaşlığının, eləcə də Rusiya-NATO tərəfdaşlığının dərinləşməsi ilə paralel aparılacaq.
Albert Qorla Boris Yeltsin arasında söhbət Rusiya prezidenti xəstəxanada olarkən baş verib.
Xəbər 127 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR