ABŞ gərək Rusiya və Çin qarşısında öz hərbi üstünlüyünü saxlasın.
Aktual.az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ müdafiə naziri Eşton Karter söyləyib. Onun sözlərinə görə, ABŞ öz hərbi dəniz qüvvələrini daha da mükəmməlləşdirməlidir. O, Vaşinqtonun bundan sonra da orduya yatırımlar edəcəyini bildirib.
Qeyd edək ki, ABŞ hazırda Rusiya ilə Şərqi Avropada, Çinlə isə Cənub-Şərqi Asiyada qarşıdurma halındadır.