Ağ Ev Rusiyanın İrana kömək etdiyinə dair dəlilləri görməzdən gəlir, çünki Vaşinqton Rusiya Prezidenti Vladimir Putinə etibar edir.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Rusiya hərbi peykləri Fars körfəzi ölkələrində və İsraildə vacib enerji infrastrukturunun, eləcə də ABŞ-ın bölgədəki hərbi bazalarının yerləşdiyi yerlərin şəkillərini çəkib və bu məlumatları sonrakı hücumlar üçün İrana ötürüb. Mən bunu açıq şəkildə dedim. Problem ondadır ki, onlar Putinə etibar edirlər. Və bu, kədərlidir”, - Zelenski bildirib.
Xəbər 44 dəfə oxunub.