ABŞ-la Kuba arasında münasibətlərin tam normallaşması üçün uzun müddət tələb olunur. Bunu Portuqaliyada səfərdə olan Kubanın XİN başçısının müavini Marselino Medina deyib.
Onun sözlərinə görə, Kuiba rəhbərliyi ilə ABŞ rəsmiləri arasında hazırda aparılan danışıqrlar - hələ ilkin mərthələdir.
"Hazırda əsas hədəf diplomatik münasibətlərin bərpasıdır. Beləliklə səfirliklər də fəaliyyətə başlaya biləcək", - deyən M.Medina, Kuba ərazisində yerləşən Guantanamo hərbi bazasının da ləğv edilməsini tələb edib.
"Biz, blokada şəraitində yaşayan bir dövlətik. ABŞ ordusu əzəli Kuba torpağı olan Guantanamodan da çıxarılmalıdır", - deyə dplomat vurğulayıb.(Report)
Aktual.az