ABŞ Koreya-Özbəkistan hərbi sazişinə qarşı çıxıb

ABŞ Koreya-Özbəkistan hərbi sazişinə qarşı çıxıb
  • DÜNYA

Cənubi Koreya ilə Özbəkistan arasında aparılan "T-50 Golden Eagle" tipli hərbi-təlim təyyarələrinin satışına dair danışıqlara ABŞ əngəl olub.

Aktual.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, rəsmi Seul 12 ədəd hərbi-təlim təyyarəsinin Daşkəndə ixracına çalışsa da ABŞ höküməti 400 milyon dollar dəyərindəki bu sazişə qarşı çıxıb.

"T-50 Golden Eagle" tipli təyyarələr 2006-cı ildən etibarən Korea Aerospace Industries' (KAI) və Lockheed Martin şirkətlərinin birgə səyləri və amerika texnologiyalarının tətbiqi hesabına istehsal olunur.

ABŞ ehtiyat edir ki, Rusiya Özbəkistana satılacaq təyyarələrin "sirlərini" öyrənə bilər.

Aktual.az

Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR