ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Pol Qosar Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Aktual.az təbrikin mətnini təqdim edir:
"Hörmətli Prezident Əliyev.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan xalqının böyük əksəriyyəti yüksək inam göstərərək dövləti idarə etmək üçün növbəti dəfə mandatı Sizə həvalə etdi. Xalq Sizə etimad göstərdi, qətiyyətli və güclü lider olduğunuz üçün ölkənin sükanını yenidən Sizə etibar etdi.
Əminəm ki, Siz Azərbaycan üçün və Birləşmiş Ştatlar ilə əlaqələrin inkişafı istiqamətində gördüyünüz gözəl işləri davam etdirəcəksiniz. Ölkəniz xalqın mənafeyini hər şeydən üstün tutan, həm daxildə, həm də xaricdə sülh və firavanlığa sadiq olan güclü və bacarıqlı liderə layiqdir.
Ümidvaram ki, yeni prezidentliyiniz dövründə ölkələrimiz iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Hesab edirəm ki, ölkələrimiz arasında ikitərəfli qarşılıqlı faydalı əlaqələr bundan sonra da inkişaf etməli və möhkəmlənməlidir.
Sizi yenidən Prezident seçilməyiniz münasibətilə bir daha təbrik edirəm. Tanrı Sizi və bütün azərbaycanlıları qorusun, yeni liderlik dövrünüz sülh, firavanlıq və böyük uğurlar gətirsin!".
Xəbər 613 dəfə oxunub.