ABŞ kəşfiyyatından - Qarabağ açıqlaması

ABŞ kəşfiyyatından   - Qarabağ açıqlaması

ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepper Rusiyanı informasiya müharibəsi aparmaqda və "Qərbi gözdən salmaq üçün çalışmaqda" ittiham edib. 
Aktua.az-ın ans press-ə istinadən məlumatına görə, Klepper bu barədə bu gün Konqresin kəşfiyyat komitəsində çıxış edərkən bildirib.

"Rusiya anti-Amerika və anti-Qərb əhval-ruhiyyəni davam etdirir. Rusiya artıq qlobal səviyyədə informasiya müharibəsini yüksəltməkdə davam edir. Moskva hadisələri təhrif edib, yalanları ilə dünyanı çaşdırmaq və Qərbi gözdən salmaq cəhdlərini davam etdirir. Onlar Rusiyanın rolunu qorumaq üçün yalan və yanlış məlumat dərc edəcək”,- deyə Klapper deyib.

Klapper Qafqaz və Mərkəzi Asiya regionlarına dair maraqlı məqamları açıqlayıb. Milli Kəşfiyyatın rəhbərinin təqdim etdiyi sənəddə Amerikanın hökumət casusları və analitikləri Rusiyanın təzyiqləri altında Gürcüstanın öz geosiyasi oriyentasiyasını dəyişə biləcəyi məlum olur. ABŞ kəşfiyyat başçısının məruzəsinə əsasən 2016-cı il ərzində Ermənistanla Azərbaycan arasında gərginlik yüksək həddə qalacaq. Azərbaycan Dağlıq Qarabağdan imtina etməyəcək, Ermənistan isə nəzarət etdiyi əraziləri boşaltmayacaq. Bu isə münaqişənin sülh yolu ilə həllini çətinləşdirir. 

Onun sözlərinə görə, Rusiya Avrasiya regionunda hegemon dövlət olaraq qalacaq. Rusiyada iqtisadi gerilməyə baxmayaraq rəsmi Kreml xarici siyasət xəttini sərt şəkildə davam etdirəcək. Ceyms Klepper bu gün Konqresin kəşfiyyat komitəsində çıxışının tam mətni ilə bu linkdə "Worldwide Threat Assessment" tanış ola bilərsiz.

Son bir hətədə ABŞ kəşfiyatı artıq ikinci dəfədir ki, Qarabağ məsələsini diqqətə gətirir. Ötən gün ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor” Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu istiqamətində strateji əhəmiyyətli “Odundağ” yüksəkliyində nəzarəti əldə etməsindən yazıb.

“Stratfor” yazır ki, bu ilin yanvar ayında Azərbaycan Ordusu Tavuş vilayətinin şimal hissəsində manevr edərək Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyini ələ keçirdi.


"Stratfor"un təqdim etdiyi xəritə

"Sərhədin bu hissəsində relyef mürəkkəbdir, minalar ərazini daha da təhlükəli edir. "Odundağ" yüksəkliyində nəzarətin təmin edilməsi münaqişənin birbaşa komponenti olmadığına görə, monitorinq missiyası buna az hallarda diqqət yetirir", - “Stratfor” bildirib. ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi strateji əhəmiyyətli yüksəkliyin Azərbaycan Ordusu tərəfindən ələ keçirilməsi faktını təsdiqlədiyini bəyan edib: "Bu yüksəklik bölgəni nəzarət altında saxlamaq üçün çox vacibdir. Ən əsası, post Ermənistanın H26/M1 magistralına nəzarət imkanı verir". 

Xəbər 530 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR