Tramp administrasiyası İsrailə təzyiq edir ki, 200 HƏMAS yaraqlısı Rəfah bölgəsini tərk etsin.
	Aktual.az xəbər verir ki, bu barədə "12-ci kanal” məlumat yayıb.
Məlumata görə, HƏMAS yaraqlıları Rəfah bökgəsində tunellərdə gizləniblər:
"ABŞ İsraildən yaraqlıların Qəzzada, "sarı xəttdən” kənarda HƏMAS-ın nəzarət etdiyi ərazilərə daxil olmasına icazə verməsini istəyir. Amerikalıların əsas arqumenti belədir: yaraqlılar İsrailin nəzarətində olan ərazilərdə qaldıqca, onlar ÇAXAL-a hücum edirlər. Bu isə İsraildən cavab tələb edir və belə hadisələr son nəticədə Qəzzada atəşkəsin pozulmasına səbəb olur. HƏMAS iddia edir ki, "sarı xətt”dən kənarda tunellərdə gizlənən ayrı-ayrı silahlı qruplarla əlaqə çoxdan kəsilib. Eyni zamanda, HƏMAS İsrailə ultimatum göndərir: İsrail yaraqlılara Rəfahı tərk etməyə icazə verməsə, onlar 8 girovun cəsədini qaytarmayacaq. ABŞ İsrail və HƏMAS arasında razılaşmanın birinci mərhələsindən ikinci mərhələsinə keçmək istəyir. Bunun üçün İsrailin siyasi rəhbərliyi tunellərdə gizlənən yaraqlılardan alver vasitəsi kimi istifadə edib-etməmək barədə qərar verməlidir”.				
 Xəbər 57 dəfə oxunub.