ABŞ İŞİD liderinin “başına” 5 milyon pul qoydu

ABŞ İŞİD liderinin “başına” 5 milyon pul qoydu
  • DÜNYA

ABŞ Dövlət Departamenti İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının liderlərindən biri Abu-Məhəmməd əl-Şimali haqqında məlumat verən şəxsə 5 milyon ABŞ dolları mükafat verəcək.

Bu barədə Aktual.az AzVision.az-a istinadən xəbər verir.

Dövlət Departamentinin saytında yerləşdirilən məlumata görə, əl-Şimali İŞİD-in immiqrasiya və logistika komitəsinin rəhbəridir və xarici yaraqlıların Türkiyənin Qazıantep şəhərindən Suriyanın Cerablus şəhərinə çatdırılmasına cavabdehdir.

“Əl-Şimali və İŞİD-inin logistika və kommersiya üzrə komitəsi Avropa, Şimali Afrika və Ərəbistan yarımadasından Suriya və İraq maliyyə köçürmələri, mal tədarükü və qaçaqmalçılığa cavabdehdir, - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR