ABŞ İŞİD-ə qarşı Əsədlə birləşir - Con Kerri

ABŞ İŞİD-ə qarşı Əsədlə birləşir   - Con Kerri
  • DÜNYA

Aktual.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Con Kerri bəyan edib.

C. Kerri bildirib ki, yalnız bu halda İŞİD məhv edilə bilər: “Bəşər Əsədlə siyasi bir keçid dövrü üçün əldə olunan razılaşma Suriya ordusunun da İŞİD-ə qarşı mübarizə aparması halında terror təşkilatının sonunu sürətləndirəcək.

İŞİD-ə qarşı hava hücumlarının istənilən nəticəni vermədiyini bəyan edən Kerri bildirib ki, Suriyada quru əməliyyatları üçün ordunun yaradılması lazımdır: ”Keçid dövrü üçün əldə olunan razılaşma Əsəd qüvvələrini də İŞİD-ə qarşı vuruşmağa sövq edə bilər”.

Kerri bildirib ki, siyasi keçid dövrü razılığı ilə Suriya ordusu və müxalif güclərin İŞİD-ə qarşı birləşmiş ordusu terror təşkilatını bir neçə aya məhv edə bilər: “Suriya ordusu, müxalif güclər, ABŞ, Rusiya və koalisiya qüvvələri İŞİD-i yox edə bilər. Bu iş hava hücumları ilə həll edilə bilməz”.

Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR