ABŞ Hərbi-Hava Qüvvələri İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyatda 19 hərbçisini itirib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Hərbi-Hava Qüvvələri naziri Debora Li Ceyms bəyan edib.
"İndiyədək 19 pilotumuz həlak olub. Onlardan 8-i terrorçuların həmləsi nəticəsində ölüb", - deyə D.Li Ceyms Pentaqonda keçirdiyi brifinqdə bildirib.
Xatırladaq ki, 2014-cü ilin avqustundan ABŞ başda olmaqla beynəlxalq koalisiya İŞİD-in İraqda, sentyabrdan isə Suriyada yerləşən mövqelərinə hava zərbələri endirir.