ABŞ İranla razılaşdı – Neft kəskin ucuzlaşacaq

ABŞ İranla razılaşdı   – Neft kəskin ucuzlaşacaq
  • DÜNYA

ABŞ prezidenti Barak Obama İran neftinin və neft məhsullarının idxalına dair qadağanın ləğv edilməsi haqda memorandum imzalayıb.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Ev rəhbəri bu qərarını dünya bazarındakı vəziyyətin İrandan neft alışını minimuma endirməsi ilə əsaslandırır. Müəyyən ölkələrdə neft hasilatının artması barədə məlumatlar bunu bir daha təsdiq edir.

ABŞ prezidenti bəyan edib ki, İrandan əlavə digər dövlətlərin də neft və neft məhsullarının miqdarının kifayət qədər olması xarici institutlar vasitəsilə İrandan neft alışını azaltmaq üçün imkan verir. “Buna görə də, mənim administrasiyam bundan sonra İran neftinin alışına məhdudiyyət qoyulmasında təkid etmir”, - deyə Obama bildirib.

Bununla yanaşı Obama bu vəziyyətə nəzarət etməyə davam edəcəyini qeyd edib.

Barak Obama tərəfindən imzalanan sənəd ABŞ dövlət katibi Con Kerri, ABŞ maliyyə naziri Ceykob Lyu və energetika naziri Ernest Monisə ünvanlanıb.

Xəbər 357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR