ABŞ İranı təxribatda ittiham etdi

ABŞ  İranı təxribatda ittiham etdi
  • DÜNYA

İran Hörmüz boğazında yerləşən ABŞ-ın təyyarə daşıyan gəmisi istiqamətində raket atıb.


Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ rəsmisi Harri S.Trumen bildirib.
Onun sözlərinə görə, hadisə ötən həftənin sonunda baş verib: "İran İnqilab Keşikçiləri Qvardiyası Ərəb dənizi və körfəzdə təlim keçirib. Bizim gəmiyə zərər verməyən bu raket atışı təxribat idi. ABŞ gəmisi Fransanın freqatlarını müşayiət edirdi. Bizim gəmi İranın su sərhədini pozmayıb. Raket isə min beş yüz metrlik məsafədən atılıb".
ABŞ rəsmiləri İranı təxribatda ittiham edib.
Rəsmi Tehran isə hadisə ilə bağlı heç bir açıqlama verməyib.

Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR