ABŞ İranı "silahlandırdı"

ABŞ İranı

İran hakimiyyəti  ABŞ-dan aldığı 1,7 mlrd. dollar vəsaiti hərbi gücünün möhkəmləndirilməsinə yönəldib.

Aktual.az  APA-ya istinadən bildirir ki, bu barədə "The Washington Free Beacon" nəşrində dərc olunmuş materialda deyilir.

"İslam Respublikası ABŞ-dan aldığı 1,7 mlrd. dollar vəsaiti hərbi gücünün genişləndirilməsi və möhkəmləndirilməsinə  yönəldib. Həmin məbləğ  amerikalı vergi ödəyicilərinin ödədiyi vəsait hesabına ödənilib. Bu ilin əvvəlində ABŞ Administrasiyası uzun illər davam edən hüquqi mübahisələri nizamlamaq məqsədi ilə İrana 1,7 mlrd. dollar verib.    
 
Nəşr iddia edir ki, İran həmin məbləği Fars körfəzindəki hərbi iştirakının genişləndirilməsinə, Rusiya istehsalı olan "Su-30 CM" çoxməqsədli qırıcı təyyarələri və S-400 "Triumf" zenit-raket sistemlərinin alınmasına yönəldib.
 
Konqresdə hesab edirlər ki, ABŞ bu məbləği İrana həbsdə olan amerikalıların azad olunmasına görə verilib. Konqres bu məsələ ilə bağlı araşdırma aparır.
 
Dövlət Departamenti isə səsləndirilən iddialarla bağlı heç bir şərh verməyib.

Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR