ABŞ İrana qarşı sanksiyaların müddətini uzatdı

ABŞ İrana qarşı sanksiyaların müddətini uzatdı
  • DÜNYA

“Milli fövqəladə vəziyyət rejimini davam etdirmək lazımdır”.

ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyaların müddətini bir il artırdı, RİA Novosti Ağ evə istinadən məlumat yayıb.

“Bizim İran ilə münasibətimiz hələlik normala qayıtmayıb... Bu səbəbdən də 12170 fərmanı ilə İrana qarşı elan edilmiş milli fövqəladə vəziyyət rejimini davam etdirmək lazımdır”, - Obama bəyan edib.
Aktual.az xəbər verir ki, nüvə proqramına aid olan, eləcə də İran və beynəlxalq ictimaiyyətin müvafiq razılaşmaları yerinə yetirildikcə tədricən ləğv edilməli olan sanksiyalardan başqa, ABŞ bir sıra digər məsələlər, o cümlədən “terrorizmə dəstək” və Tehranın raket proqramı üzrə sanksiyaları qüvvədə saxlayıb.

Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR