ABŞ ordusu bu həftə sonu İrana hücum etməyə hazırdır, lakin hücum şənbə və ya bazar günlərindən sonraya təxirə salına bilər.
Aktual.az xəbər verir ki, bu barədə "CBS Nyus” mənbələrə istinadən məlumat yayıb.
"Bu məlumat bu gün Donald Trampa yüksək vəzifəli milli təhlükəsizlik rəsmiləri tərəfindən bildirilib. ABŞ prezidenti hələlik yekun qərar verməyib. Eyni zamanda, növbəti üç gün ərzində Pentaqon Yaxın Şərqdəki bəzi işçilərini ABŞ-a təxliyə edəcək. Pentaqonun mümkün hərbi fəaliyyətdən əvvəl aktivləri və qoşunları yenidən yerləşdirməsi standart təcrübədir və bu, İrana hücumun qaçılmaz olduğuna işarə etmir”, - mənbə bildirib.
Qeyd edək ki, son bir neçə gündə ABŞ Yaxın Şərqə onlarla qırıcı göndərib.
Xəbər 59 dəfə oxunub.