ABŞ hesab edir ki, Suriya münaqişəsinin siyasi həlli Rusiya və İransız mümkünsüzdür.
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi səsləndirib.
"Hakimiyyətin Əsəddən yeni hökumətə verilməsi olmadan Suriyada münaqişənin siyasi həllinə nail olmaq qeyri-mümkündür. Bundan əlavə, bu problemi Əsəd rejiminə birbaşa təsir edən Rusiya və İransız da həll etmək mümkünsüzdür", - deyə Kirbi bildirib.
Onun sözlərinə görə, İran və Rusiyanın diskussiyalardan imtinası məsuliyyətsizlikdir.
Aktual.az