Dünyanın siyasi palitrasında bəs-bəlli görünən əsas çalar budur: Amerika hamıya Ukraynanın taleyini yaşatmaq, başqa dövlətlərin və xalqların bədbəxtliyi üzərində öz səltənətini qurmaq, kimlərinsə çiyninə, boynuna çıxıb yekə görünmək niyyətindədir. Hər halda belə olmasaydı, bu fövqəldövlət çox yox, bircə faydalı layihəyə imza atar, dünya demokratiyasına azacıq da olsa töhfə verər, insanların qanı üzərindən siyasət yürütməzdi.
İndi də nişangahı biz tərəfə tuşlayıblar. Öz aləmlərində Azərbaycanı hədəfə alıblar. Ard-arda həmlələr edirlər. Üstəlik, bu həmlələri o qədər diletant, naşı, kustar formada edirlər ki, heyrətə gəlməyə bilmirsən.
Paşinyan Rusiyanı açıqca "baqaj”a qoyub, tamamən Qərbə yönəlib. Və Amerikanın istəyi budur ki, biz də Ermənistan kimi davranaq, "Soros”un missioneri kimi bəyanatlar verək. Fəqət, mümkünmü, belə bir icraat? Təbii, mümkün deyil. Çünki, Azərbaycan bütün məsələlərdə ilk öncə öz milli maraqlarını nəzərə alır, qarşısındakı ilə onun niyyətinə görə davranır və ən nəhayət: heç kimin vassalı, əlaltısı, buyruq qulu olmağı düşünmür!
Paşinyanın isə indiki məqamda itirəcəyi heç nə yoxdur. Zatən məğlubdur. Bütün daxili və xarici dayaqlarını itirib. Ölkəsini xaos durumuna gətirib. Hakimiyyətdə uzun müddət qalmayacağını da dəqiq bilir. Və belə bir vəziyyətdə heç şübhəsiz o, bütün kartlarını ortalığa çıxaracaq, hamıya qarmaq atacaq, əlinə keçən bütün saman çöplərindən yapışacaq. Amma məsələ burasındadır ki, söhbət Amerikadan gedir. Riyakar və xəyanətkar Amerikadan! Hamının arxasında dağ kimi deyil, dərə kimi dayanan Amerikadan! Paşinyanı da başqaları kimi öz növbəti qurbanına çevirəcək Amerikadan!
***
ABŞ-ın türk və islam düşmənçiliyi yeni söhbət deyil. Heç deyim, bunu uzun illər ərzində gizlətməyiblər də. Elə ancaq Fətullahın himayə edilməsi, "İŞİD” adında terror qrupunun öz ordusu ilə bərabər (?!) dövriyyəyə buraxılması, Bin Laden bəhanəsi ilə milyonlarla insanın qanına qəltan edilməsi onun sübutudur ki, Amerika dünya düzənində öz siyasi və dini mövqeyini möhkəmləndirmək, islamı ləkələmək üçün bütün vasitələrdən, əyri yollardan, hətta gərəkəndə terrordan belə istifadə edib, amansız ssenarilər qurub, nə qədər dövlətin yıxılmasında quruluşçu rejissor kimi iştirak edib.
Qubadı da Fətullahın əli ilə ölkəyə özləri göndəriblər. "B”planı kimi. "A” isə Türkiyədəki Azərbaycan əsilli, qara keçmişi olan milyarderdir. Daha doğrusu, idi. Sadəcə o ifşa olunandan və ölkədən çıxışı əngəllənəndən sonra Qərb dairələri, konkret olaraq Amerika yeni plan üzərində işləməyə məcbur qaldı. Hədəf isə düşünmürəm ki, hakimiyyət dəyişikliyidir. Yox. Burada əsas qayə regiondakı sabitliyi pozmaq, Qarabağla bağlı müzakirələrdə dominantlıq etmək, Rusiyaya sətiraltı mesajlar vermək və Azərbaycanı öz təsir dairəsinə salmaqdır. Hər halda Amerikanın beyin institutları o qədər ağılsız deyil ki, Mübariz, ya da Qubad personası üzərindən alternativ hazırlığına girsin, belə urvatsız biriləri ilə mövcud hakimiyyətə meydan oxusun.
***
Əvvəlcə Amerika siyasətini yönəldən media qurulmları ilə üzərimizə gəldilər. Sonra "BMT” blefinə keçdilər. Ardınca qətnamə şousu başladı. Daha sonra Senatı "xod”a saldılar. Yəqin bir azdan da Avropadakı tərəfdaşlarına "vur” əmri verərlər.
Yaxşı bəs səbəb? Niyə durduq yerdə bunlar özlərinə əl qatıblar? Niyə qəfildən siyasi əsməcəyə düşüblər?
Çünki saxtakardırlar. Çünki dünyanı yenidən bölüşdürmək arzusu ilə alışıb-yanırlar. Çünki sülhə deyil, yeni müharibələrə çağırış missiyasını yerinə yetirirlər. Çünki ABŞ-ın yürütdüyü xarici siyasət birmənalı şəkildə şeytan dəsti-xəttidir...
Amma və lakin! Bu "priyom”lar bizə keçməz. Əmin olun.
***
Əvvəlcə Amerika siyasətini yönəldən media qurulmları ilə üzərimizə gəldilər. Sonra "BMT” blefinə keçdilər. Ardınca qətnamə şousu başladı. Daha sonra Senatı "xod”a saldılar. Yəqin bir azdan da Avropadakı tərəfdaşlarına "vur” əmri verərlər.
Yaxşı bəs səbəb? Niyə durduq yerdə bunlar özlərinə əl qatıblar? Niyə qəfildən siyasi əsməcəyə düşüblər?
Çünki saxtakardırlar. Çünki dünyanı yenidən bölüşdürmək arzusu ilə alışıb-yanırlar. Çünki sülhə deyil, yeni müharibələrə çağırış missiyasını yerinə yetirirlər. Çünki ABŞ-ın yürütdüyü xarici siyasət birmənalı şəkildə şeytan dəsti-xəttidir...
Amma və lakin! Bu "priyom”lar bizə keçməz. Əmin olun.
Çünki nə Azərbaycan Ermənistandır, nə də İlham Əliyev Paşinyan.
Ayrıca. Türkiyədə, 2016-cı ildə qotur Fətullahın əli ilə çevriliş cəhdi zamanı qarşılaşdığınız məğlubiyyətin acısını əgər bir də Azərbaycanda yaşamaq istəmirsinizsə, o zaman gedib başqa yerdə oynayın...
Vallah ki, nazınızı, ərköyünlüyünüzü çəkəsi halımız yoxdur.
Elşən Musayev, Milli Məclisin deputatı
Xəbər 1184 dəfə oxunub.