ABŞ-ın Venesuelaya hücumu - 2019 serialı

ABŞ-ın Venesuelaya hücumu - 2019 serialı
  • DÜNYA

ABŞ-ın Venesuelaya hücumunun hələ 2019-cu ildə dolayı yolla öncədən göstərildiyi iddia olunur. Sosial şəbəkələrdə Amerika istehsalı olan "Cek Rayan” serialından yayılan bir epizod bu mövzuda geniş müzakirələrə səbəb olub.
Aktual.az xəbər verir ki, sözügedən kadrlarda ABŞ üçün əsas təhlükənin kim olduğu barədə danışılır. Serialda qeyd olunur ki, beynəlxalq mediada Rusiya, Çin və İran ön plana çıxarılsa da, ABŞ siyasətçilərinin əsas hədəfi hər zaman Venesuela olub.
2019-cu ildə çəkilən serialda Venesuelaya mümkün müdaxilənin əsl səbəbləri də açıqlanır. Bildirilir ki, Vaşinqton bu ölkəyə dünyanın ən zəngin neft və mineral ehtiyatlarından birinə malik olduğu üçün maraq göstərir. Baş qəhrəman vurğulayır ki, ABŞ-ın "böyük siyasətçiləri” Venesuela kimi strateji və zəngin bir ölkədə onlara mənfi münasibət bəsləyən hakimiyyətin mövcudluğuna heç vaxt imkan verməz.
Xəbər 123 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR