ABŞ maliyyə nazirliyinin ölkənin borcları haqda yaydığı açıqlamada Türkiyənin də adı var.
Aktual.az avropa.info-ya istinadən bildirir ki, maliyyə nazirliyinin yaydığı yazılı açıqlamada Türkiyə 52 milyard dollarla ABŞ-ın borclu olduğu ölkələr siyahısında 24-ci sıradadır.
ABŞ-ın mart ayına olan hesabatına əsasən, ən çox borculu olduğu ölkələrin başında isə 1 trilyon 244 milyard dollarla Çin və 1 trilyon 137 milyard dollarla Yaponiya dayanır.