ABŞ-ın ticarət missiyası Azərbaycandadır

ABŞ-ın ticarət missiyası Azərbaycandadır

ABŞ-dan olan ticarət missiyasının bu gün Azərbaycana səfəri başlayıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, ABŞ Ticarət Departamenti də daxil olmaqla, 14 ABŞ şirkətinin rəsmiləri və digər yüksək vəzifəli şəxsləri yerli şirkətlər və hökumət agentlikləri ilə ticarət və biznes imkanlarını araşdırmaq və genişləndirmək üçün noyabrın 20-dək Azərbaycanda olacaqlar.

Missiyaya ABŞ Ticarət Departamenti katibinin köməkçisinin müavini Maykl Lalli rəhbərlik edir.

Missiya ABŞ və Azərbaycan iqtisadiyyatı arasında işgüzar və ticarət əlaqələrini daha da möhkəmləndirməyə diqqət çəkmək üçün biznes liderləri və hökumət nümayəndələrini bir araya gətirəcək.

Missiya bir neçə hökumət görüşləri, təkbətək görüşlər və qəbullarda iştirak edəcək.

Missiyada “Baxter”, “Bloomberg LP”, “Capstone Turbine”, “Dow”, “Honeywell”, “Globalise”, “Langan”, “Miyamoto International”, “Osisoft”, P&G, “Thomson Reuters”, “Turner International", “Wayback's Burgers”, "WSP/Parsons Brinkherhoff” şirkətləri iştirak edir.

Xəbər 593 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR