ABŞ-ın sülh planını təsdiqləməmişik - Umerov

ABŞ-ın sülh planını təsdiqləməmişik - Umerov
  • DÜNYA

ABŞ-a səfərim zamanı Prezident Donald Trampın sülh planını müzakirə etdik.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov deyib.
Umerov bildirib ki, Ukrayna hələlik plana razılıq verməyib və hazırda danışıqlar aparılır:
"ABŞ-a işgüzar səfərim zamanı mənim vəzifəm texniki idi: görüşlər təşkil etmək və dialoq hazırlamaq. Heç bir qiymətləndirmə və ya heç bir məqam təsdiqlənməyib. Bu mənim səlahiyyətlərimə aid deyil və prosedur qaydalarına uyğun deyil. Dünən Ukrayna prezidenti Trampın səlahiyyət verdiyi Amerika nümayəndə heyəti ilə söhbət edib. Bu gün bu iş Kiyevdə komandalar arasında texniki səviyyədə davam edir. Tərəfdaşlarımızın bütün təkliflərini diqqətlə öyrənirik və Ukraynanın mövqeyinə də eyni dərəcədə ədalətli yanaşma gözləyirik”.
Xəbər 103 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR