Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəisi Oleq İvaşenko ABŞ-ın sülh planının müzakirəsinə qoşulub.
Aktual.az xəbər verir ki, bu barədə "RBK Ukrayna” mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, Budanov, İvaşenko və Umerov səhər saatlarında Amerika nümayəndə heyəti ilə sülh planı ilə bağlı danışıqlar aparıb.
Qeyd edək ki, görüş artıq başa çatıb.
Xəbər 129 dəfə oxunub.