Vaşinqtonun Qrenlandiyanı işğal etmək planından Oentaqon məlumatsızdır.
Aktual.az xəbər verir ki, bu sözləri Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh brifinqində deyib.
"Bununla bağlı hər hansı plandan xəbərim yoxdur. Mən hipotetik suallara toxunmayacağam. Düşünürəm ki, bu barədə bndan sonrakı administrasiya danışmalıdır”, - o bildirib.
Qeyd edək ki, Mar-a-Laqodakı malikanəsində jurnalistlərlə danışan Tramp Panama kanalı və Qrenlandiyanı "nəzarətə götürmək üçün” gücə və ya iqtisadi məcburiyyətə əl atmayacağına zəmanət verməkdən imtina edib.
Xəbər 71 dəfə oxunub.