“Əl-Qaidə” terror təşkilatının Ərəbistan Yarımadasındakı qolunun lideri Nasir Əl-Vahişi ABŞ-a məxsus pilotsuz təyyarənin zərbəsi nəticəsində məhv edilib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.
“Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının lideri həmçinin, ümumilikdə, təşkilatın ikinci siması olub, daha əvvəl isə Üsamə Ben Ladenin şəxsi katibi olub.
Qeyd edək ki, bundan əvvəl ABŞ hərbçiləri “Əl-Qaidə” ilə yaxın əlaqəsi olan “Əl-Murabitun” terror qruplaşmasının lideri Moxtar Belmoxtarı məhv etməyə müvəffəq olublar.
Aktual.az