İstanbulda yerləşən ABŞ konsuluğunda terror aktı planlaşdıran Suriya vətəndaşı Məhəmməd Racil əl-Xardani həbs edilib.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, o, həmçinin İŞİD terror qruplaşması ilə əlaqəli olmasında günahlandırılır.
Nəşrin məlumatına görə, Əl-Xardani ABŞ konsulluğunda “şəhid kəməri” ilə terror aktı törətməyə hazırlaşırdı.
Racil əl-Xardani Türkiyənin cənubunda Qəhrəmanmaraş vilayətində saxlanılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl, ABŞ-ın İstanbuldakı Baş Konsulluğu terror təhlükəsi ilə əlaqədar bağlanıb.
Aktual.az