Pentaqon bürokratiyası ABŞ üçün Çindən daha ciddi bir təhdidə çevrilib.
Aktual.az xəbər verir ki, bunu ABŞ-ın hərbi naziri Pit Heqset deyib.
O, bürokratiyanı ABŞ-ın ən qorxunc düşməni adlandırıb:
"Bu düşmən dünyanın mərkəzi planlaşdırmasının son istehkamlarından biridir. Beş illik planlaşdırma diktaturası ilə idarə olunur. Keçmiş Sovet İttifaqı kimi səslənə bilər, amma bu düşmən çoxdan yoxa çıxıb. Haqqında danışdığım düşmən evə daha yaxındır. Bu, Pentaqondakı bürokratiyadır".
Onun sözlərinə görə, bu düşmən yeni ideyaları məhv edir və azad düşüncəni boğur ki, bu da nəticədə milli təhlükəsizliyə və hərbçilərin həyatına təhlükə yaradır.
Xəbər 43 dəfə oxunub.