"ABŞ-ın Dağlıq Qarabağı tanıması yanlış işarə kimi görünə bilər" -Metyu Brayza


Azərbaycan və Ermənistan prezidentlərinin Berndə növbəti görüşü əhəmiyyətli nəticələr vermədi, tərəflər arasında gərginlik yüksək olaraq qalır, görüş çərçivəsində münaqişənin nizamlanması üzrə yeni təkliflər verilmədi.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Metyu Brayza bildirib.

Onun sözlərinə görə, iki dövlət başçısının görüşməsi müsbət məqamdır, lakin əhəmiyyətli nəticələr əldə etmək üçün onlara Minsk qrupunun həmsədr ölkələrinin daha çox köməyi lazımdır.

Amerikalı həmsədr Ceyms Uorlikin Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı rejimin "XİN rəhbəri" ilə bu yaxınlarda görüşməsi məsələsini şərh edən M.Brayza qeyd edib ki, həmsədrlər regiona səfər edərkən Dağlıq Qarabağın de-fakto "hakimiyyəti"lə görüşürlər: "Görüşlər Xankəndində olanda bu normaldır, Vaşinqtonda isə məsələ başqa cürdür. Həmsədr olduğum dövrdə bunu etməzdim, düşünərdim ki, bu, ABŞ-ın Dağlıq Qarabağı tanıması barədə yanlış işarə kimi görünə bilər".

O bildirib: "Səfir Uorliki yaxşı tanıyıram, o, nə erməni, nə də azərbaycanlı yönümlüdür, sadəcə, onun qəbul etdiyi qərarla razılaşmamaq da olar".

Xəbər 532 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR