Pentaqon əməkdaşlarının Çinin "DeepSeek” çat-botuna girişini əngəlləyir.
Aktual.az xəbər verir ki, bu barədə "Blumberq” Pentaqondakı mənbəsinə istinadla məlumat yayıb.
Pentaqon əməkdaşlarının çat-bota girişi təhlükəsizlik səbəbi ilə məhdudlaşdırılıb.
"DeepSeek”in istifadəçi məlumatlarını Çindəki serverlərdə saxladığı bildirilir.
Qeyd edək ki, ABŞ hərbi qulluqçuları "DeepSeek”in ilkin versiyasını hələ 2024-cü ilin payızında yükləyiblər.
Xəbər 45 dəfə oxunub.