ABŞ generalı: "Rusiyanın İrəvanı silahlandırması…"

ABŞ generalı:

"Rusiya regionda nüfuzunu qorumaq üçün Qarabağ kimi həll olunmamış münaqişələrdən xarici və regional siyasət aləti kimi istifadə edir".

Aktual.az axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ-ın Avropada NATO Qüvvələrinin baş komandanı, general Filipp Bridlav deyib.

Generalın sözlərinə görə, Moskva Ermənistanda hərbi qüvvəsini artıraraq regionda qeyri-sabitliyi gücləndirir.

"Bu cür siyasət Qafqazda sülhə nail olmaq üçün ən böyük maneədir. Əslində, təmas xətti boyunca və Ermənistan-Azərbaycan sərhədində zorakılıq son iki ildə xeyli artıb. 2015-ci il isə 1994-cü ildə atəşkəs elan edildikdən sonra münaqişənin davam etdiyi dövr ərzində ən çox ölüm halı qeydə alınan il olub", - Bridlav qeyd edib.

Xatırladaq ki, ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapper də Qafqazda gərginliyin arta biləcəyini qeyd edib.

// Aktual.az

Xəbər 3862 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR