ABŞ F-16-ları bu tarixdə Ukraynaya göndərəcək

ABŞ F-16-ları bu tarixdə Ukraynaya göndərəcək

Amerikanın F-16 qırıcıları Ukraynada yayda deyil, payızda yerləşdirilə bilər.
Aktual.az  xəbər verir ki, bu barədə "Velt" nəşri "Turn Around Alive” fondunun rəhbəri Taras Çmuta istinadən məlumat yayıb.
Məqalədə Ukraynanın Krımda və Rusiya ərazisində Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin mövqelərinə son hücumları xatırladılıb. Onların arasında Kosmik İzləmə və Uzaq Məsafəli Kosmik Rabitə Mərkəzinin məhv edilməsi misal göstərilib.
ABŞ Müharibənin Tədqiqi İnstitutu hesab edir ki, bu yolla Ukrayna Silahlı Qüvvələri F-16-nın gəlişindən əvvəl Rusiyanın hava hücumundan müdafiəsini "təmizləməyə” çalışır ki, pilotlar təhlükəli şəraitdə işləməsinlər.
Qeyd edək ki, Niderlandın Ukraynaya 24 ədəd F-16-nı yaxın müddətdə təslim edəcəyi gözlənilir.
Xəbər 85 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR