ABŞ əsgərləri Qəzzada atəşkəsə nəzarət edəcək

ABŞ əsgərləri Qəzzada atəşkəsə nəzarət edəcək
  • DÜNYA

Amerika qoşunları keçid dövründə İsrail və HƏMAS arasında atəşkəsə nəzarət etməyi planlaşdırır.
Aktual.az xəbər verir ki, bu barədə "Blumberq” məlumat yayıb.
"Yaxın Şərqə cavabdeh olan Amerika hərbi komandanlığı sülh razılaşmasından sonra Qəzzada keçid dövründə rol oynayacaq, baxmayaraq ki, Amerika qoşunları Qəzza daxilində yerləşdirilməyəcək. ABŞ Mərkəzi Komandanlığının komandiri, admiral Bred Kuper Qəzzada beynəlxalq sabitlik qüvvələrinin yaradılması zamanı sülh sazişinə nəzarət etmək üçün bölgədəki 200 şəxsi heyətə rəhbərlik edəcək. Kuperin rolu vəziyyətə nəzarət etmək və istənilən müdaxilənin və ya razılaşmanın pozulmasının olmamasını təmin etmək olacaq. 200 nəfərlik komandaya Misir, Qətər, Türkiyə, həmçinin BƏƏ-nin silahlı qüvvələrinin nümayəndələri də daxildir”, - məlumatda deyilib.
Xəbər 57 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR