“Rusiya terrorizmlə mübarizədə İraqa dəstək verməyə hazırdır” Lavrov

“Rusiya terrorizmlə mübarizədə İraqa dəstək verməyə hazırdır”      Lavrov

Rusiya İraqa terrorizmlə mübarizədə dəstək verməyə hazırdır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iraqlı həmkarı İbrahim Cəfəri ilə keçirdiyi mətbuat konfransında deyib.

 

S. Lavrov bildirib ki, İ. Cəfəri İraqdakı vəziyyət barədə onu ətraflı məlumatlandırıb: “Biz dost ölkə ilə həmrəy olduğumuzu və bu təhlükələrin qarşısını almaq üçün müdafiə qabiliyyətinin artırılmasında, dövlətin ərazi bütövlüyünün bərpasında Bağdada kömək göstərəcəyimizi təsdiqlədik”.

 

S. Lavrov “İŞİD”lə bağlı vəziyyətə də toxunub. Onun sözlərinə görə, "İslam Dövləti" ilə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya ilə dialoqdan imtina edərək açıq siyasiləşmiş mövqe tutur: "Hesab edirəm ki, bu cür mövqe zərərlidir".


Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR