ABŞ noyabrda Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsini alqışlayır.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş təbrikində deyilir.
"ABŞ Azərbaycanın COP29-a Bakıda ev sahibliyi etməsini alqışlayır. Biz COP-un uğurunu və uşaqlarımız, nəvələrimiz üçün daha dayanıqlı iqlim gələcəyini təmin etmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, - o bildirib.
Xəbər 346 dəfə oxunub.