ABŞ-dan vətəndaşlarına məsləhət — “İrana getməyin”

ABŞ-dan vətəndaşlarına məsləhət   — “İrana getməyin”
  • DÜNYA

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına İrana səfər etmənin təhlükəli olması barədə xəbərdarlıq edib.

Aktual.az report-a istinadən xəbər verir ki, bu barədə təşkilatın cümə günü nəşr edilən məlumatında bildirilir.

“İran siyasətinin müəyyən məqamları ABŞ sakinləri üçün təhlükəlidir. Bu səbəbdən xaricə səyahət etməyi planlaşdıran ABŞ vətəndaşları, o cümlədən jurnalistlər, sahibkarlar və alimlər, İrana səfər etməkdən çəkinməlidir. Bu ölkədə amerikalıların saxlanılması faktları istisna edilmir”, - məlumatda bildirilir.

Sözü gedən tövsiyyənin xüsusi ilə ikili vətəndaşlığa sahib olan şəxslərə aid olduğu vurğulanıb.

Aktual.az

Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR