ABŞ-dan Türkiyəyə növbəti terror xəbərdarlığı

ABŞ-dan Türkiyəyə növbəti   terror xəbərdarlığı

ABŞ-ın Ankaradakı səfirliyi Türkiyədə yaşayan ölkə vətəndaşlarına növbəti dəfə terror xəbərdarlığı edib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, səfirlik Türkiyədə yaşayan ABŞ vətəndaşlarını mayın 19-da Mustafa Kamal Atatürkün anım günündə təhlükəsizlik baxımından ehtiyatlı olmağa çağırıb.

Səfirliyin saytında yerləşdirilən bəyanatda qeyd olunub ki, daha əvvəl “beynəlxalq terror təşkilatları açıq şəkildə ABŞ və xarici vətəndaşlara hücum edib.

“ABŞ səfirliyi mayın 19-da Türkiyədə terror olması imkanından xəbərdardır. Qəfil terror aktlar narahatlıq predmeti olaraq qalır”, - deyə səfirlik bildirib.

ABŞ səfirliyi, həmçinin vətəndaşlarını mayın 22-də hakim partiyanın qurultayının baş verəcəyi gün də ehtiyatlı olmağa çağırıb: “Dinc nümayişlərin keçiriləcəyi yerlərdən uzaq durmağı məsləhət görürük. Dinc nümayişlər qarşıdurma və zorakılığa çevrilə bilər. Gündəlik planlaşmalarınızı yerli orqanlar tərəfindən edilən təhlükəsizlik xəbərdarlığına uyğun təşkil etməyinizi təklif edirik”

Xatırladaq ki, martın 13-də Ankaranın Kızılay meydanında terror aktı baş verib. Terakt nəticəsində 37 nəfər həyatını itirib. Hadisəyə görə PKK ilə əlaqəli “Kürdüstan Azadlıq Şahinləri” (TAK) qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR