ABŞ Koreya Xalq Demokratik Respublikasına qarşı yeni sanksiyalar nəzərdə tutan qətnamə layihəsini hazırlayıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT yanında Daimi Nümayəndəliyinin rəsmisi Kertis Kuper deyib.
O bildirib ki, bu gün qətnamə layihəsi BMT Təhlükəsizlik Şürası çərçivəsində yayılacaq.
Sanksiyaların səbəbini açıqlayan K.Kuper bildirib ki, Şimali Koreya bu yaxınlarda nüvə silahının yeni sınaqlarını və ballistik raketin buraxılışını həyata keçirib.
BMT Təhlükəsizlik Şurasının 1718, 1874, 2087 və 2094 saylı qətnamələrinə əsasən, rəsmi Pxenyana nüvə silahı və ballistik raketlərin sınaqları ilə bağlı fəaliyyət qadağan edilib.