“ABŞ Rusiyanın kiber hücumlarını cavabsız qoymayacaq”.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Co Bayden NBC telekanalına müsahibəsində bəyan edib.
“Biz istənilən kiber hücumlara müvafiq cavab verməyə qadirik. Onlar bunu gözəl bilirlər. Seçdiyimiz vaxtda, lazımi üsulla bunu həyata keçirəcəyik. Rusiyanın ABŞ-da prezident seçkilərinə təsir etmək imkanı yoxdur”, deyə C.Bayden bildirib.
Qeyd edək ki, ötən həftə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Rusiyanı seçkilərin nəticələrinə təsir etmək məqsədilə kiber hücumlardan istifadə etməkdə ittiham edib.