ABŞ Dövlət katibi Con Kerri Gürcüstanın ərazi bütövlüyünü sözsüz dəstəklədiklərini bildirib.
Aktual.az xəbər verir ki, Kerrinin Gürcüstanla bağlı fikirləri Dövlət Departamentinin saytında dərc edilib.
"ABŞ Gürcüstanın müstəqilliyini, beynəlxalq cəmiyyət tərəfindən tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir. Avro-Atlantikaya inteqrasiya onun haqqıdır", - Kerri qeyd edib.
Kerri Gürcüstanı regionda demokratik yolda irəliləyən bir ölkə kimi nümunə göstərib.
// Aktual.az