ABŞ-dan Kanadaya xəbərdarlıq: İcazə verməyəcəyik!

ABŞ-dan Kanadaya xəbərdarlıq: İcazə verməyəcəyik!
  • DÜNYA

ABŞ Prezidenti Donald Tramp administrasiyası Kanadanın ucuz Çin mallarının ABŞ-a daxil olduğu "boşluğa” çevrilməsinə imkan verməyəcək.
Aktual.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent deyib.
"Kanadanın Baş naziri Mark Karni Çinə səfər etdi və geri qayıtdı, Çin mallarına müəyyən sənaye tariflərini endirdi. Bizdə Kanada ilə yüksək səviyyədə bazar inteqrasiyası var. Biz Kanadanın ucuz Çin mallarının ABŞ-a axdığı boşluğa çevrilməsinə icazə verə bilmərik", - o bildirib.
Bessent hesab edir ki, Karninin hərəkətləri Kanada xalqına ən yaxşı şəkildə xidmət etmir.
Xəbər 54 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR