ABŞ Prezidenti Donald Tramp Çindən Rusiya neftini almağa davam edəcəyi təqdirdə bu ölkəyə qarşı 500 faizə qədər rüsum tətbiq etməyə hazırdır.
Aktual.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.
ABŞ maliyyə naziri xəbərdarlıq edib ki, Pekinin iqtisadi siyasəti ilk növbədə elə Çinin özünə ciddi zərbə vura bilər:
"Əgər Çin hökumətində kimsə qəbuledilməz addımlar və ya iqtisadi təzyiq vasitəsilə qlobal iqtisadiyyatı ləngitməyə çalışırsa, bundan ən çox zərər görən elə Çin iqtisadiyyatı olacaq. Şübhə etməyin ki, bu, Çinin bütün dünya ilə qarşıdurmasıdır. Onlar bütün dünya üçün qəbuledilməz ixrac məhdudiyyətləri tətbiq ediblər. Çin inzibati-komanda iqtisadiyyatına malik ölkədir, biz və müttəfiqlərimiz isə nə göstərişlərə, nə də nəzarətə tabe olacağıq”.
Xəbər 71 dəfə oxunub.