ABŞ daha 5 rusiyalı məmuru "qara siyahı"ya saldı

ABŞ daha 5 rusiyalı məmuru
  • DÜNYA

ABŞ hökuməti beş Rusiya vətəndaşını "Maqnitski siyahısı"na əlavə edib.

Aktual.az ölkə.az-a istinadən bildirir ki, Rusiya vətəndaşları Aleksey Aniçin, Yevgeni Antonov, Boris Kibis, Pavel Lapşov və Oleq Urzumçev "Maqnitski siyahısı"na düşüblər.

Bu şəxslərdən biri, Aleksey Aniçin, Rusiya daxili işlər nazirinin müavinidir. Digərlərinin tutduğu vəzifə haqda məlumat yoxdur.

Xatırladırıq ki, "Hermitage" fondunun hüquqşünası Sergey Maqnitski 2009-cu ildə Moskvanın "Matrosskaya tişina" həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişmişdi. Maqnitski Rusiyanın rəhbərliyinə qarşı kompromatlarla dolu hesabatın müəllifi idi və onun ölümündə Rusiyanın siyasi hakimiyyəti ittiham olunur.

Xəbər 243 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR